Milli Məclisin sədri və deputatlar Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Yardım Fonduna vəsait köçürür.
Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Sabahinfo.az -a verilən məlumata görə, Azərbaycan Respublikası Milli Məclisin sədri, sədr müavinləri, komitə sədrləri və deputatlar, Parlament Aparatının və İşlər idarəsinin əməkdaşları Ali Baş Komandan, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın aksiyasına qoşularaq Silahlı Qüvvələrə Yardım Fonduna vəsait köçürürlər.
Azərbaycan Respublikasının Milli Məclisi olaraq rəşadətli və müzəffər ordumuzun vətən müharibəsində böyük qələbəsinə əminik! Qarabağ Azərbaycandır!