Sülhməramlılar Qarabağda 4800-dən çox partlayıcını zərərsizləşdirib

Rusiya Müdafiə Nazirliyinin Dağlıq Qarabağdakı Beynəlxalq Minalardan Təmizləmə Mərkəzinin hərbçiləri tərəfindən 4800-dən çox partlayıcı maddə zərərsizləşdirilib.

Azvision.azRusiya Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, sülhməramlılar Xankəndi hava limanı yaxınlığında ərazinin mühəndis kəşfiyyatı və minalardan təmizlənməsi işlərini həyata keçiriblər.

Partlayıcı maddələrin axtarışı həyatyanı sahələrdə, yol hissələrində və hava limanına bitişik ərazilərdə aparılıb. Gün ərzində təqribən 8 hektar ərazi, 7 km yol örtüyü təmizlənib, 50 bina araşdırılıb, 51 partlayıcı maddə aşkar edilərək məhv edilmək üçün çıxarılıb. Ümumilikdə mühəndis bölmələri Qarabağdakı 155 hektardan çox ərazini, 38 km-dən çox yolu, 375 yaşayış binasını təmizləyib, 4811 partlayıcı obyekt aşkar edərək zərərsizləşdirilib.