Türkiyə Milli Müdafiə Nazirliyi qalib Azərbaycan əsgərinin şərəfinə videoçarx hazırlayıb

Türkiyə Milli Müdafiə Nazirliyi Dağlıq Qarabağda böyük zəfər əldə edən Azərbaycan əsgəri ilə bağlı videoçarx hazırlayıb.

Sabahinfo.az-ın məlumatına görə, bu barədə nazirlik özünün "Twitter" səhifəsində paylaşım edib.

"Dağlıq Qarabağda böyük bir zəfər əldə edərək bizləri qürurlandıran Azərbaycan Türküqardaşlarımıza və onların qəhrəman ordusunun qəhrəman əsgərlərinə ithaf olunur" - deyə, paylaşımda bildirilir.