Virusa yoluxanların sayı azalmaqda davam edir

Azərbaycanda koronavirus infeksiyasına  80 yeni yoluxma faktı qeydə alınıb,  114 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

 

Bu barədə Modern.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

 

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış  2 nəfər vəfat edib.

 

İndiyədək ümumilikdə 40309 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 38068 nəfər müalicə olunaraq sağalıb, 593 nəfər vəfat edib, aktiv xəstə sayı 1648 nəfərdir.

 

Ölkədə son sutka ərzində 5542, hazırkı dövrədək isə 1121290 test aparılıb.