Xocalıda “Xocalı soyqırımı” muzeyi yaradılacaq

Xocalıda "Xocalı soyqırımı” muzeyinin yaradılması nəzərdə tutulur.

Bu barədə dünən keçirilən Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin növbəti iclasında bildirilib.

Qeyd edilib ki, bu, AMEA tərəfindən hazırlanan Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə dair elmi tədqiqat işləri ilə bağlı Tədbirlər planında öz əksini tapıb.