YAP Səbail rayon təşkilatında qurbanlar kəsildi

Möhtərəm Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun Vətən müharibəsindəki möhtəşəm tarixi zəfəri və Azərbaycan xalqının 30 ilə yaxındır ki, həsrətində olduğu torpaqlarımızın işğaldan azad olunması münasibətilə Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatında qurbanlar kəsildi və Səbail rayonu ərazisində 200-dən çox ailəyə, o cümlədən Vətən müharibəsi şəhidlərinin və qazilərinin ailələrinə, Birinci Qarabağ müharibəsinin şəhid ailələri və veteranlarına, Bayıl, Bibiheybət, Badamdar ərazisindəki aztəminatlı ailələrə, əlil vətəndaşlara və DOST xidmətinin qeydiyyatında olan tənha ahıllara, xəstələrə, kimsəsizlərə qurban payları çatdırıldı.
Aksiya çərçivəsində ilk növbədə, Səbail rayonunun Vətən müharibəsi şəhidlərinin məzarları ziyarət olundu, şəhidlərimizin əziz xatirəsi ehtiramla yad olundu, dualar oxundu.
Sonra Azərbaycan xalqının möhtəşəm tarixi zəfəri və Vətən torpaqlarının işğaldan azad olunması münasibətilə qurbanlar kəsildi. İki gün ərzində Səbail rayonu ərazisində 200-dən çox ailəyə qurban payları çatdırıldı. Aksiya çərçivəsində Səbail rayonunun şəhidlərinin və qazilərinin ailələri ziyarət olundu, ailə üzvlərinə ehtiram ifadə olundu. Həmçinin, Səbail rayonunda qeydiyyatda olan Birinci Qarabağ müharibəsinin şəhid ailələri və veteranları ilə görüşlər təşkil olundu. DOST xidmətinin qeydiyyatında olan tənha ahıllar, xəstələr, kimsəsizlər, eləcə də Bayıl, Bibiheybət, Badamdar ərazisindəki aztəminatlı ailələr, əlil vətəndaşlar evlərində ziyarət olundu və onlara gözaydınlığı verilərək qurban payları çatdırıldı.
YAP Səbail rayon təşkilatının çoxminli üzvləri adından, Azərbaycan xalqına bu misilsiz qələbə sevincini bəxş edən möhtərəm Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyev başda olmaqla Azərbaycan Silahlı Qüvvələrini, bütün komandanlıq və əsgər-zabit heyətini möhtəşəm zəfərimiz münasibətilə bir daha təbrik edirik. Bütün şəhidlərimizin ruhu, qazilərimiz qarşısında, onların valideynləri, ailə üzvləri qarşısında baş əyirik, qazilərimizə şəfalar arzu edirik və bütün xalqımıza gözaydınlığı veririk.
QARABAĞ AZƏRBAYCANDIR! Yaşasın müstəqil Azərbaycan! Yaşasın qalib Azərbaycan xalqı! Yaşasın müzəffər Ali Baş Komandan İlham Əliyev!