Yaponiya səfiri Milli Məclisdə

Milli Məclisdə Yaponiya dövlətinin Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Cuniçi Vada ilə görüşümüz oldu. Parlamentlərarası işçi qrupun rəhbəri kimi cənab səfiri ölkəmizdə diplomatik fəaliyyətə başlaması münasibətilə təbrik etdim. Görüş zamanı hazırda ölkələrimiz arasında münasibətlərin müxtəlif sahələr üzrə inkişaf etdiyini qeyd etdim. Azərbaycanın Ali Baş Komandanının rəhbərliyi ilə Şanlı Ordumuzun torpaqlarımızın azad edilməsi barədə də səfiri məlumatlandırdım. Qeyd etdim ki, dünyanın ən güclü orduları sırasında yer alan qüdrətli Azərbaycan Ordusu düşmənin bütün təxribatlarının qarşısını qətiyyətlə alaraq işğal altında olan ərazilərimiz artıq azad edildi.

Görüşdə Azərbaycanla Yaponiya arasında münasibətlərin inkişaf etdirilməsində ölkə parlamentlərinin rolunu xüsusi vurğulandı. Cənab səfir iki ölkənin parlamentlərində fəaliyyət göstərən dostluq qruplarının sıx münasibətlərinin bundan sonra da davam etdiriləcəyinə ümidvar olduğunu bildirdi..
Görüş zamanı cənab səfirə deputatı olduğum Kürdəmir rayonu, onun coğrafi yeri, iqtisadi imkanları haqqında məlumat verdim. Rayonumuzda Yaponiya səfirliyinin xətti ilə yerinə yetirilmiş sosial layihələr haqqında danışdım. Cənab səfir bundan sonra da Yaponiya dövlətinin dəstəyi ilə sosial layihələrin həyata keçiriləcəyini, həmin layihələrdə rayonumuzun da bir sıra sosial problemlərinin həllinə yönəldiləcəyini bildirdi. Səmimi keçən görüşdə cənab səfiri səfirliyin əməkdaşları müşaət edirdi. Görüşün sonunda birgə fotoşəkillər çəkdirildi.

Əminə Ağazadə 

Milli Məclisin deputatı, Azərbaycan - Yaponiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri