Ermənistan elan etmədən Azərbaycanla müharibəyə başlayanda zəngilanlılar
torpağı qorumaq üçün birləşdi. Ağır döyüşlərdə hər zəngilanlı mərdliklə
döyüşürdü. Onlardn biri də Balöğlan Süleyman oğlu Süleymanov idi.
Baloğlan Süleymanov Əsgülüm dağının əsrarəngiz və təkrarolunmaz
yamaclarında yerləşən, qalın meşələri, buz bulaqları, saf havası, geniş yaylaqları
olan Keçikli kəndində 1960-cı il avqust ayının 5-də anadan olub, uşaqlığı və
yeniyetməliyi Rəzdərə kəndində keçib. Təbii Çinar meşəsi olan Bəsitçay Dövlət
Qoruğu Rəzdərə kəndindədir. Baloğlanın qəhrəmanlığı ruhunun qəhrəmanlığıdı və
bu qəhrəmanlıq böyüdüyü mühitin təsiriylə də bağlı ola bilər.
Nazirlər kabinetinin müvafiq sərəncamı əsasında Müdafiə nazirinin əmri ilə
qısa müddət ərzində sərhəd rayonlarında ərazi özünümüdafiə taborları təşkil
olunmasına başlanıldı. Bu proses
Zəngilanda da uğurla aparıldı.
1991-ci ilin iyununda Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu
fərqlənmə diplomu ilə bitirib doğma Zəngilana qayıtmışdım və Zəngilan rayon
Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədr müavini təyin olunmuşdum. Bu
yeni təyinatda əsas vəzifələrdən biri rayonda xidmət göstərən sovet silahlı
birləşmələrinin hissələri, yerli hüquq-mühafizə orqanları ilə birlikdə əhalinin
və ərazinin qorunmasını təşkil etmək idi.
Taborun qərargahı Zəngilan rayon 144 nömrəli
Texniki Peşə Məktəbinin bazasında yerləşdirildi. Biz rayonun dağınıq fəaliyyət
göstərən könüllü müdafiəçilərini taborda birləşdirdik. Qisa müddətdə çevik və
nizami bir tabor yaradıldı. Mən 10 noyabr 1991-ci ildə Azərbaycan Respublikası
Silahlı Qüvvələrində hərbi xidmətə çağrıldım və Zəngilan rayon ərazi
özünümüdafiə taborunun - 806 saylı hərbi hissənin komandiri təyin edildim.
Taborun yaradılması ilə əlaqədar Vətənin ağır günlərində, xalqın dar ayağında,
millətin heysiyyatına toxunan bir vaxtda özünü irəli verən, canını qurban
verməyə hazır olan, qəhrəmanlığı ilə bütün zəngilanlıların yaddaşına əbədi həkk
olunan ölməz və həmişəyaşar qəhrəman oğullardan biri də Baloğlan olmuşdur.
Vətənin ağır günlərində Baloğlan bəziləri kimi meydandan qaçmadı, bu və ya
digər yolla gizlənmədi, rahat yaşayış axtarmadı, mərdlər cərgəsindən geri
qalmadı. Qız-gəlinlərimizin, körpələrimizin düşmən tərəfindən məhv edilməsinə
dözə bilmədi. Axı, onun da evində üç şirin-şəkər balası böyüyürdü.
Baloğlan Süleymanov erməni daşnaqlarına qarşı müharibəyə, xain düşməndən qisas
almağa hazır dayanmışdı. O mərd, mübarız, qorxmaz, ölümün gözünə dik baxran,
üstün məziyyətlərə malik döyüşçü idi.
Yaxşı yadımdadır. Taboru yaratmağa başladığımız ilk vaxtlardan etibarən
Baloğlanın qardaşı Elman taborun ilk əsgəri kimi hərbi xidmətə başladı. Elman
həmişə Baloğlanın taborda xidmət etmək istədiyini deyirdi. Mən onun sözlərinə
inanırdım. Çünki, rayon gənclər təşkilatında idman və kütləvi-müdafiə işləri
şöbəsinin müdiri işlədiyim vaxtlardan Baloğlanı bacarıqlı mexanizator kimi
tanımışdım. Daha doğrusu, sadəliyi, səmimiliyi. zəhmətsevərliyi ilə o, özünü
rayon gənclərinə layiqincə tanıtdırmışdı. Sovxozun balansında olan yeganə S-100
markalı buldozer uzun illər idi ki, işləmirdi. Komissiyanın rəyinə əsasən onu
ayrı-ayrı hissələrə bölüb balansdan çıxarmaq lazım idi. Lakin Baloğlan bu
qərara etiraz etdi və buldozerin balansda saxlanmasını tələb etdi. Bütün
mütəxəssislər yenidən toplananda Baloğlan onların qarşısında buldozeri işə
salmışdı. Bu hadısədən sonra sovxoz xarab texnikanı Rayon Texniki
Stansiyasına təmirə göndərmirdı. Baloğlan əkin-biçinin ən qızğın vaxtlarında
belə maşın-mexanizmlərində yaranan nasazlıqları daha çevik və heç bir çətinlik
çəkmədən bacarıqla aradan qaldırırdı.
Baloğlan bacarıqlı rabitəçi olmaqla yanaşı, həm də bütün hərbi
texnikaların, xüsusilə ağır texnikaların dilini bilirdi. Sovet ordusunun
rayonumuzda olan hərbi hissəsində sıradan çıxarılmlış, yararsız hala salınmış
zirehli döyüş maşınları Baloğlan tərəfindən qısa müddətdə təmir edildi. O,
əsgərlərə həmin texnikaların istismarını da öyrətdi. Sonralar Baloğlan taborun
ilk tankını idarə edən və kəşfiyyat bölüyünün bacarıqlı komandiri oldu.
Neçə-neçə döyüşlərdə nünunə göstərdi...
.... 21 avqust 1992-ci ildə " Qızlar ağacı " deyilən yüksəklikdən düşmən
tankından atılan iki mərmi Baloğlanın yaşadığı Rəzdərə kəndindəki evinin
həyətinə düşür. Mərminin partlaması nəticəsində Baloğlanın 10 yaşlı balaca oğlu
Sadiqin bədən üzvlərini parçalayır, uşaq həlak olur.
Kənddə şəhid olduğunu eşidəndə Baloğlan kəndə gəlir. Oğlu Sadiqin öldüyünü
bildikdə döyüşçü dostları ilə birlikdə silahlanaraq Sadiqin cəsədini həyətin
ortasında qoyub düşməndən qisas almağa gedir. Cəsur döyüşçü iki gün sonra
başçiliq etdiyi qrupun üzvləri olan Elman, Namiq, Pənah və Elşənlə birlikdə
ermənilərin postlarına hücum edərək düşmənin 25 canlı qüvvəsini məhv etmiş, bir
neçə hərbi texnikasını, içi ermənilərlə dolu olan "Niva” maşınını sıradan
çıxarmış və xeyli silah-sursatı qənimət kimi ələ keçirmişlər. Bu uğurlu
əməliyyatı Baloğlan dostları ilə bir neçə dəfə davam etdirmişdir. Baloğlan kimi
igid və cəsur oğulların hesabına Zəngilan rayonu bir müddət özünü nəinki
qoruyub saxladı, hətta Qubadlı, Cəbrayıl və Fizuli rayonlarına da kömək etdi.
Köməyə gedən döyüşçülər arasında Baloğlan da var idi.
Polkovnik Firidun Şabanov alay komandiri təyin olunandan sonra şəxsi
heyətlə tanışlıq zamanı kəşfiyyat bölüyünün komandiri Baloğlan Süleymanov və
onun döyüşçü dostları yeni komandirin diqqətini dərhal cəlb edir. İxtisasca
pəşəkar kəşfiyyatçı olan polkovnik Firidun Şabanov Baloğlanla söhbətlərində
onun qorxmaz və igid olduğunu duyur. Baloğlan komandirin tapşırığı ilə bir neçə
dəfə düşmənin arxasında kəşfiyyat aparır.
Polkovnik Firidun Şabanovun dediklərindən: "Sərkərdələr kitabında qızıl hərflərlə
belə bir sətir yazılıb. Əgər şirlərə qoyun başçılıq edirsə, onlar həmişə
döyüşdə məğlub olurlar. Əgər qoyunlara şir başçılıq edirsə onlar həmişə qalib
olurlar. Bax, Baloğlan Süleymnov belə bir şir idi. Döyüş zamanı ona güvənmək
olardı. Ona görə də mən qərara gəldim ki, kəşfiyyat bölüyünü ehtiyata
çıxardıb onları əsl kəşfiyyatçı kimi hazırlayım”.
Alay komandiri polkovnik Firidun Şabanovun tapşiriğı əsasında şəhərin kənar
hissəsində tikilmiş və fəaliyyətdə olmayan uşaq bağçasının binası kəşfiyyat bölüyünün
təlim bazası kimi seçildi. Təmirdən sonra bölük lazım olan silah-sursat,
kəşfiyyat cihazları və hərbi geyimlə təchiz edildi. Beləliklə, təsdiq edilmiş
proqram üzrə hərbi təlimlərə başlanıldı. Əlbəyaxa döyüş üzrə təlimi peşəkar
karate üzrə tanınmış idmançı İlyas İsmayılov keçirdi.
Təxminən bir aydan sonra bölüyün şəxsi heyəti döyüşə hazır vəziyyətdəydi.
Bütün bu nailiyyətlərə qisa müddətdə nail olmağın əsas və başlıca səbəbkarı
Baloğlan idi. Kəşfiyyat hazırlığının əsas amilini təşkil edən psixoloji
hazırlıq isə döyüşdə qazanıldlğına görə bölüyün döyüş hazırlığını yoxlamaq üçün
poliqondan deyil, qarşıda duran düşmənlə sınaqdan keçirildi. Şəxsi heyəti
yaxından və onların fərdi keyfiyyətlərini yaxşı tanıyan Baloğlan onların nəyə
qadir olduğunu yaxşı bilirdi. O kəşfiyyat qruplarının tərkibini bacarıqla
təşkil etmişdi.
Əməliyyatın nəticəsi olduqca uğurlu oldu. Əməliyyatın planına görə gecə
düşmənin arxasına keçən qüvvələrimiz səhər tezdən onları mövqelərdə məhv edib
düşmənin 1 ədəd tankını, 2 ədəd topunu, 6 ədəd minaatanını, 3 ədəd
qumbaraatanı-nı, 13 ədəd iriçaplı pulemyotunu, 60 ədəd müxtəlif növ silahını,
18 ədəd avtomo-bilini, 10 ədəd yük maşınında hərbi sursatın ələ keçirmişdi, 1
ədəd tankı,1 ədəd PDM-i, təxminən 60 əsgəri məhv edilmişdi. Kəşfiyyat qruplarını
əməliyyata starşina Baloğlan Süleymanov hazırlamışdı.
Baloğlanın oğlu Sadiq T – 72 tankı ilə öldürülmüşdü. İndi o tank da ələ
keçirilmişdi. Bu qənimətin arasında ən qiymətlisi T-72 tankı idi. Cünki sevimli
övladı Sadiq bu tankla qətlə yetirilmişdi.
1993-cü ilin bu uğurlu aprel döyüşü Balöğlanın Zəngilanda qəhrəman kimi
tanınmasına səbəb oldu...
Ermənilər Ağdam və Fizuli rayonlarını işğal etdikdən sonra 1993-cü il
avqust ayının 15-də Qubadlı və Cəbrayıl rayonlarına hücum etdilər.
Mühasırədə olan Zəngilan alayının vəziyyəti daha da ağırlaşdı. Ehtiyat
bölmələrinin olmadığından düşmən hücumlarının qarşısı kəşfiyyat bölmələrinin
hesabına dayandırılırdı.
Ermənilər Qubadlı rayonununa hücuma keçəndə Baloğlanın rəhbərliyi altında
Mahruzlu kəndində ermənilərin hücumunu dayandıran döyüşçülər bir ədəd tank
vurmuş və müdafiə mövqeyini tutmuşdular.
Komandirin əmri ilə Mahruzluda müdafiə mövqeyi 3-cü tabora təhvil verildi
və Baloğlanın kəşfiyyat bölüyü Cəbrayıl rayonunun şimalında mövqe tutaraq
düşməni yaxına buraxaraq ona qəflətən atəş açdı. Mühasirəyə düşən düşmən itki
verərək geri çəkildi. Yalnız 4-5 gündən sonra hücumlarını davam etdirdilər. Bu
döyüşlərdə düşmənin 1 ədəd texnikası və 30-a yaxın əsgəri məhv edildi.
Cəbrayıl və Qubadlı rayonu ermənilər tərəfindən işğal ediləndən sonra
Zəngilan rayonu tam mühasirədə qaldı. Müdafiə rayonu 2 dəfə böyüyərək 150 km-ə
qədər uzandı. Hərbi hissənin bütün bölmələri müdafiə mövqeyində yerləşdirildi.
Müdafiə döyüşünü aparmaq üçün qüvvə çatışmırdı. Düşmənin texnikasını vurmaq üçün
çox az mərmi qalmışdı. Olduqca belə bir çətin şəraitdə kəşfiyyat bölüyü
Cəbrayıl rayonunun Dərzili kəndində müdafiə mövqeyi tutmuşdur.
1993-cü il oktyabr ayının 25-də Ermənistan Silahlı Qüvvələri Mehri, Qafan,
Qubadlı və Cəbrayıl istiqamətindən hücuma keçdilər. Ermənilər kəşfiyyat
bölüyünün üzərinə 1 motoatıcı taboru və 1 tank bölüyü ilə hücuma keçdilər.
Döyüş səhər tezdən başladı və axşam saat 17-dək davam etdi. Baloğlan
Süleymanovun və onun kəşfiyyatçılarının vəziyyəti son dərəcə təhlükəli və ağır idi.
Qeyri-bərabər döyüşdə düşmən texnikasını vurmaq üçün mərmi qalmamışdı. Bölükdə
şəhid və yaralılar var idi. Belə bir vəziyyətdə bölüyü idarə etmək çox çətin
idi. Buna baxmayaraq o, soyuqqanlı, igid və qəhrəman əsgər kimi vuruşurdu.
Döyüşçülərlə gülərüz və zarafatla danışır, düşmənin tank mərmilərinə qarşı
avtomatla cavab verirdi. Başı o qədər qarışmışdi ki, arxaya keçmiş erməni
tankını görmürdü. Əsgərlərin səsinə arxaya baxan Baloğlan tankın lüləsinin ona
tuşlandığını gördü. Baloğlan əl qumbarası ilə düşmən tankını susdurdu.
Alayın ehtiyat hissələri olmadığına görə təminat bölüyünün əsgərlərii də
kömək üçün oraya göndərildi. Onlar da orada şəhid oldular.
Gərgin döyüşdə Baloğlan və onun bölüyü, o cümlədən qorxu bilməyən
döyüşçülər Mehdi Mirzəyev, Həzrətəli Tahirov, Güloğlan Süleymanov, Yura
Rabotov, Ceyhun Əliyev, Vüqar Mehralıyev, Əlibaba Məmmədov, Qasım Mönsümov,
Elşad Vəliyev, Üzeyir İbrahimov, Namiq , Rafiq, Rəhim, Müşfiq, Rövşən, İlham,
Nazim və digərləri əsl qəhrəman kimi vuruşdular.
Belə ki, tanklarla və muzdlu əsgərlərlə hücuma keçən ermənilər və onların
hərbi birləşmələri hər bir həmlədə Baloğlanın döyüşçüləri və polislər
tərəfindən dəf edildi. Döyüş meydanında ermənilər tanklarını və meyitlərini
qoyaraq geri çəkildilər. Lakin düşmən dayanmadan qrad və top mərmiləri ilə
doyüşçülərimizin yerləşdiyi səngərləri atəşə tutur, onlara aman vermirdilər.
Qəfildən düşmənin bir neçə tankı müdafiə zolağını yenidən yararaq
Baloğlanın bölüyünə tərəf istiqamət alır. Amma düşmən tankları bu dəfə
səngərləri hədəfə almağa başlayır. Səngərlərə düşən mərmilər partlayaraq
döyüşçülərimizin bir çoxunu məhv edir və ağır yaralayır. Mövqeyini dəyişmək
istəyən Baloğlan da düşmən gülləsinə tuş gəlir və Cəbrayıl rayonunun Dərzili
kəndində həlak olur. Baloğlan dediyi kimi də olur: "Ermənilər yalnız mənim
meyitimin üstündən keçib Zəngilanı işğal edə bilərlər", dedi və sözünə sadiq
qaldı. Erməni quldur dəstələri Baloğlanın ölümündən üç gün sonra Zəngilana
daxil oldu.
Baloğlanın həlak olduğu və düşmənin nəzarət etdiyi ərazidə qaldığı acı və
kədərli günləri urək yanğısı ilə xatirlayan igid və cəsur döyüşçü, Baloğlanın
silahdaşı və yaxın köməkçisi olan qardaşı Elman Süleymanovun dediklərindən: "
Hadisədən 4 gün keçməsinə baxmayaraq Baloğlandan xəbər yox idi. Komandirdən
icazə alıb ermənilərin zəbt etdiyi, yəni Baloğlanın döyüşdüyü əraziyə
kəşfiyyata çıxdım. İki gündən çox gizlənə-gizlənə Baloğlanın meyitini axtardım.
Əsgərlərimizin meyitləri tanınmaz hala düşmüşdür. Xeyli axtardıqdan sonra
Baloğlanın meyitini tapdım. Çətinliklə də olsa meyiti oradan uzaqlaşdırdım və
üstünü qurumuş otlarla örtüb sərhəd bölüyünə kömək dalınca getdim. Onların
köməyi ilə Baloğlanın meyitini işğal zonasından cıxartdıq, İran ərazisinə,
oradan da Azərbaycana gətirdik. Həmişə deyirdi ki, məni oğlum Sadiqlə yanaşı dəfn
edin. Təəssuflər ki, Zəngilan işğal edildiyinə görə Baloğlanın son arzusunu
yerinə yetirə bilmədik. Qardaşımı Tərtər rayonunun Köçərli kəndində dəfn
etdik...”...
Həmin dövrdə Zəngilan rayon Xalq Deputatları Soveti İcraiyyə Koməsinin
sədri vəzifəsində işləmiş Zakir İbrahimov deyir: " Bu döyüşü mən Böyük Vətən
Müharibəsində Stalinqrad döyüşündə "Pavlov evi " deyilən evin müdafiəsinə
bənzədirəm. Çünki, Baloğlanın bölüyü və orada döyüşən polislər Zəngilan
rayonunun əhalisini əsir düşməkdən xilas etdilər. Onlar canlarını qurban
verməklə Zəngilan evi deyilən bir evi qoruyub saxladılar" .
Azərbayca Respublikasının torpaqlarının erməni işğalçılardan müdafiə
edilməsində göstərdiyi xüsusi xidmətlərə, şəxsi igidlik və şücaətlərə görə Ulu
öndərimiz Heydər Əliyevin 16 sentyabr 1994-cü il tarixli fərmanı ilə Starşina
Süleymanov Baloğlan Süleyman oğlu (ölümündən sonra) "Azərbaycan bayrağı "
ordeni ilə ilə təltif olunmuşdur.
Alayın komandir muavini vəzifəsində hərbi xidmətdə olmuş polkovnik Sərvər
Cəbrayılovun dediklərindən: " Baloğlan Süleymanovun xarakterik
xüsusiyyətlərindən biri o idi ki, çətin döyüş tapşırığını yerinə yetirmək üçün
könüllülər seçiləndə hər dəfə hamıdan birincı irəli çıxardı. Son döyüşdə
Cəbrayıl rayonunun Dərzili kəndində düşmənə qarşı gedən qeyri-bərabər döyüşdə
göstərdiyi qəhrəmanlıq nümunəsi onu əlçatmaz zirvəyə qaldırdı. Bu döyüşündə də
əsl qəhrəman olduğunu sübut etdi və Vətənə son oğulluq borcunu layiqincə
verdi”.
Bayram MƏMMƏDOV,