Bu gün Azərbaycan paytaxtındakıBeynəlxalq Dəniz Ticarət Limanında Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttinin açılış mərasimi keçirilib.
Sabahinfo.az rəsmi mətbuata istinadən xəbər verir ki, çıxışlardan sonra Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi ilə bağlı videoçarx nümayiş olunub.
Sonra dövlət və hökumət başçıları Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin çivlərini vurublar və yoldəyişən qurğunu işə salıblar.
Bununla da Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə hərəkət edən ilk yük qatarı yola salınıb.
Dövlət və hökumət başçıları memorial daşın üzərindən örtüyü götürüblər və birgə foto çəkdiriblər.
Sonda dövlət və hökumət başçıları qatarla açılış mərasiminin keçirildiyi Ələt limanından Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə Ələt dəmir yolu stansiyasına yola düşüblər.(modern.az)