Nəqliyyat Agentliyindən ETİRAF: “Çox ciddi sürücü problemi var”

"Bakıda ictimai nəqliyyatda ən böyük problemlərdən biri sürücülərlə bağlıdır. Bu gün çox ciddi sürücü problemi var".

Modern.azxəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin (BNA) İdarə Heyətinin sədri Vüsal Kərimli Parlament Jurnalistləri Birliyinin (PJB) təşkil etdiyi media tur zamanı deyib.

V.Kərimli bildirib ki, normalda 1 sürücü 8 saat işləməlidir. "Bu hər avtobus üçün 2-3 sürücü edir. Ancaq daşıyıcılar bu qaydaya əməl etmirlər. Sürücü çatışmazlığı var. Sürücülər daşıyıcılar tərəfindən əmək qanunvericiliyinə uyğun idarə olunmur.

Onlardan səhər saat 6-dan axşama qədər sükan arxasında olurlar. Onlara bundan fiziki olaraq yorulurlar. Plan verdikləri üçün vətəndaşları 30 qəpik olaraq görürlər. Biz onlara qarşı addımlar atırıq".