Bu gün Çempionlar Liqasında qrup mərhələsinin 2-ci turuna yekun vurulacaq.
Sabahinfo.az-ın məlumatına görə, turnirdə ölkəmizi təmsil edən "Qarabağ” da növbəti oyununa çıxıb.
Qurban Qurbanovun komandası İtaliyanın "Roma” klubunu qəbul edib və 1:2 hesabı ilə uduzub. Bu görüş Azərbaycan futbolu tarixinə Çempionlar Liqasının əsas mərhələsinin ölkəmizdə keçirilən ilk oyunu kimi əlamətdar olub. Ağdam təmsilçisi sözügedən qarşılaşmada həmçininÇL-in qrup mərhələsində ilk qolunu vurub. Pedro Enrike 29-cu dəqiqədə tarixi qolun müəllifi olub.
Qeyd edək ki, qrupun digər oyununda "Atletiko” "Çelsi”ni qəbul edəcək.
27 sentyabr
Çempionlar Liqası
Qrup mərhələsi, 2-ci tur
C qrupu
20:00. "Qarabağ” (Azərbaycan) – "Roma” (İtaliya) - 1:2
Qollar:Kostas Manolas, 7 (0:1), Edin Ceko, 15 (0:2), Pedro Enrike, 29 (1:2)
Baş hakim:Artur Dias
Baş hakimin köməkçiləri: Rui Tavares, Paulo Soares
Əlavə hakim köməkçiləri:Tiaqo Martins, Joao Pineyro
Dördüncü hakim: Bruno Rodriqes (hamısı Portuqaliya)
Bakı Olimpiya Stadionu
22:45.”Atletiko” (İspaniya) – "Çelsi” (İngiltərə)
1. | Roma | 1 | 1 | 1 | 0 | 2:1 | 4 |
2. | Çelsi | 1 | 1 | 0 | 0 | 6:0 | 3 |
3. | Atletiko | 1 | 0 | 1 | 0 | 0:0 | 1 |
4. | Qarabağ | 2 | 0 | 0 | 2 | 1:8 | 0 |