Türkiyə tərəfi Suriyada Fərat çayının şərqində ABŞ qoşunlarının müşahidə məntəqəsinin atəşə tutulması ilə bağlı məlumatı təkzib edib.
azvision.az "Anadolu” agentliyinə istinadən xəbər verir ki, Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar məlumatın doğru olmadığını bildirib. Onun sözlərinə görə, ABŞ-ın müşahidə məntəqəsinin vurulmasından qətiyyən söhbət gedə bilməz:
"Atışmadan əvvəl ABŞ bazasına zərər verməmək üçün hər cür ehtiyyat tədbirlər görülüb. ABŞ və koalisiya qoşunlarının atəşə tutulmasından söhbət gedə bilməz. Bizim qərargahımızla amerikalılar arasında zəruri koordinasiya aparılır".
Qeyd edək ki, daha əvvəl Pentaqon Suriyadakı ABŞ qoşunlarının Türkiyə ordusu tərəfindən atəşə tutulduğunu, amma hərbçilərin zərər çəkmədiyini bəyan etmişdi.