İşğaldan azad olunan torpaqlarımızda yenidənqurma işlərinin başlaması ilə bağlı müzakirələr aparılır.
Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqalamsında Prezidentin köməkçisi Hikmət Hacıyev deyib. Onun sözlərinə görə, bu istiqamətdə işlər görülür:
"İşğaldan azad olunan torpaqlarımızda yenidənqurma işlərinin başlanması ilə bağlı cənab Prezidentin sərəncamı var. Həmin sərəncama uyğun olaraq müvafiq işçi qrupları yaradılıb. Bu istiqamətdə müzakirələr aparılır, planlaşdırma işləri görülür".