Azərbaycan polisi yeni avtomobillərlə xidmətə başlayıb - FOTO

Daxili işlər orqanları əməkdaşlarına yeni avtomobillər təqdim olunub.

Bu barədə Sabahinfo.az-a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.

Bildirilib ki, daxili işlər orqanlarına verilən yeni pikap avtomobilləri müasir mobil cihazlarla təmin olunub.

Amerika istehsalı olan yeni avtomobillər artıq polislərə təqdim olunub. Avtomobillər əsasən post-patrul xidməti şəxsi heyəti üçün nəzərdə tutulub.

Qabaqcıl dövlətlərin polis xidmətlərinin istifadə etdiyi bu avtomobillər daha cəld manevr qabiliyyətinə malikdir.

Azərbaycan polisi artıq yeni avtomobillərlə xidmətə başlayıblar.