Azərbaycanda Anım Günü ilə bağlı qanunvericiliyə dəyişiklik təsdiq edildi

27 sentyabr Azərbaycan Respublikasında Anım Günü kimi təqvimə salınacaq.

Sabahinfo.az-ın məlumatına görə, bununla bağlı Əmək Məcəlləsinə yeni maddə (106-1.) əlavə edilir.

Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan yeni maddəyə əsasən, hər il sentyabrın 27-si Azərbaycan Respublikasının işğal altında olan torpaqlarının azad edilməsi uğrunda həlak olmuş şəhidlərin xatirəsini yad etmə günü – Azərbaycan Respublikasında Anım Günüdür.

Məsələ Milli Məclisdə müzakirələrdən sonra səsverməyə çıxarılaraq birinci oxunuşda təsdiq edilib.