Azərbaycanda komendant saatı ləğv edildi

Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycanda komendant saatının ləğv edilməsi məsələsi müzakirə edilib.

Sabahinfo.az-ın məlumatına görə, iclasın gündəliyinə daxil olan ilk məsələ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il dekabrın 12-də saat 00.00-dan Hərbi vəziyyətin ləğv olunması haqqında Fərmanının təsdiq edilməsi barədə Milli Məclisin Qərarı olub.

Müzakirələrdən sonra qərar səsverməyə qoyularaq təsdiq edilib.