Qarabağ Zəfəri ilə Qafqazın tarixində yeni bir səhifə açıldı. İnanıram ki, bölgənin tarixi artıq yeni bir istiqamətdə formalaşacaq.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. O bildirib ki, hazırda üzərində işlənilən 6 platforma hər kəs üçün qazanc imkanları təmin edəcək bir təşəbbüsdür.
"Ermənistan bu prosesdə iştirak edib, müsbət addımlar atarsa, Türkiyə-Ermənistan münasibətlərində yeni səhifə açıla bilər", - deyə Ərdoğan vurğulayıb.
Türkiyə Prezidenti, həmçinin qeyd edib ki, Azərbaycan lideri İlham Əliyev öz mövqeyi ilə Fransanın rəhbəri Emmanuel Makronun hesablarını alt-üst etdi: "Makron bəlkə də Azərbaycan-Fransa əlaqələrini bitirəcək. Bu, siyasi təcrübəsizlikdir”.(azvision.az)