Ərdoğan və xanımı Bakıya gəldi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərə gəlib.

Adalet.az xəbər verir ki, Prezident və xanımı Əminə Ərdoğan iki gün - 9-10 dekabr tarixlərində Azərbaycanda səfərdə olacaq.

Türkiyə lideri dekabrın 10-da Bakıda keçiriləcək Qələbə paradında iştirak edəcək.

Səfər zamanı bir sıra aktual məsələlər müzakirə olunacaq.