Erməni nazir hələlik 3360 hərbçinin ölümünü təsdiqlədi

Ermənistanın Səhiyyə Nazirliyi Qarabağda müharibə zamanı 3360 erməni hərbçinin ölümünü təsdiqləyib.

Azvision.azxəbər verir ki, bu barədə səhiyyə naziri Arsen Torosyan "Facebook” hesabında yazıb.

Onun sözlərinə görə, məhkəmə tibbi ekspertizası tərəfindən 27 sentyabr - 9 noyabr tarixlərində Qarabağ müharibəsində ölən 3360 hərbçinin cəsədi və ya qalıqları araşdırılıb. 2500-dən çox məhkəmə-genetik ekspertizası keçirilib.

Torosyan əlavə edib ki, 2018-ci ildə Ermənistan hökuməti ölkədə istifadə olunan yeganə genetik analizator alıb. Onun köməyi ilə 461 cəsədin kimliyini müəyyənləşdirmək mümkün olub.

Qeyd edək ki, Ermənistan tərəfi Qarabağ müharibəsindəki itkilərinin real sayını hələ də gizlədir.