Ermənistan Qarabağ müharibəsində 2996 hərbçisinin öldüyünü açıqladı

Ermənistanda 2996 hərbi qulluqçunun cəsədi məhkəmə-tibbi ekspertizasından keçirilib.

"Armenpress”in məlumatına görə, bu barədə Ermənistan Səhiyyə Nazirliyinin mətbuat katibi Alina Nikoqosyan bildirib.

"Müharibənin əvvəlindən indiyə qədər ölənlərin yaxınlarından 1816, cəsədlərdən isə 993 DNT nümunəsi götürülüb. DNT əsasında cəsədlərin tanınması prosesi davam edir”, - deyə A.Nikoqosyan bildirib.