İdmançılar pullarını aldı - İslamiada

Bakıda başa çatan İslam Həmrəyliyi Oyunlarında medal qazanan Azərbaycan idmançılarına pul mükafatlarının verilməsi prosesi başlayıb.

Sabahinfo.az-ın xəbərinə görə, dünən idmançılar və məşqçilər pullarının bir hissəsini alıblar. Mükafatın yerdə qalan hissəsinin isə onların bank hesabına bu gün köçəcəyi gözlənilir.

Əlavə edək ki, prezident İlham Əliyevinsərəncamına əsasən, İslam Oyunlarındanbirinci yeri tutan hər bir Azərbaycan idmançısına100 min manat, onun şəxsi məşqçisinə 50 min manat, ikinci yeri tutan hər bir idmançıya 50 min manat, onun şəxsi məşqçisinə 25 min manat, üçüncü yeri tutan hər bir idmançıya 30 min manat, onun şəxsi məşqçisinə isə 15 min manat mükafat verilir.

Bundan başqa, İlham Əliyevin Milli Olimpiya Komitəsinin prezidenti kimi imzaladığı sərəncamla birinci yeri tutan hər bir Azərbaycan idmançısına50 min manat, onun məşqçisinə 25 min manat, ikinci yeri tutan hər bir idmançıya 30 min manat, onun məşqçisinə 15 min manat, üçüncü yeri tutan hər bir idmançıya 20 min manat, onun məşqçisinə 10 min manat mükafat təyin edilib.