Bir qədər öncə "Lotu Quli” kimi tanınan kriminal avtoritet Nadir Səlifovun azadlığa buraxılmağı barədə xəbər yayılıb. Xəbər qısa müddətdə əksər informasiya saytlarında tirajlanıb.
Modern.azsaytı xəbərə rəsmi münasibət öyrənmək üçün Penitensiar Xidmətlə əlaqə saxlayıb.
Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnikMehman Sadıqovəməkdaşımıza deyib ki, məhkumun özü, yerini dəyişməsi yaxud azadlığa buraxılması ilə bağlı məlumat yalnız ailə üzvlərinə və yaxınlarına verilə bilər:
"Onun istəyi olarsa, vəkili vasitəsilə ictimaiyyətə açıqlanar. Bir də ki, biz hər boş yazılan məlumatı şərh etmək məcburiyyətində deyilik”.
Modern.az-a daxil olan digər məlumata görə, N.Səlifov saxlanıldığı 8 saylı cəzaçəkmə müəssisəsindən başqa bir yerə köçürülüb.
"Lotu Quli” 1972-ci il avqustun 28-də Gürcüstanın Dmanisi rayonunda andan olub. 1996-cı ildə Azərbaycanda həbs olunub və 15 il müddətinə azadlıqdan məhrum edilib. 2000-ci ildə gürcü və yezidi avtoritetlər tərəfindən 27 yaşlı Səlifova "qanuni oğru” adı verilib. O, 2005-ci ildə məhkəmə tərəfindən daha 15 il müddətinə azadlıqdan məhrum edilib.
Cinayət aləmində nüfuzlu azərbaycanlı avtoritetlərdən sayılan "Lotu Quli” Rafiq Masallinski, Emin Hacıqabulski və Georgi Uqlavanın "oğru tacını” əlindən alıb. Eyni zamanda, həbsxanada olmasına baxmayaraq, Rafət Əlibayramlinskinin "oğru” adını aldığı "sxodka”larda Skaype vasitəsilə iştirak edib.
Nadir Səlifov 2021-ci ildə azadlığa çıxmalıdır.
***
Haqqin.az isə Ədliyyə Nazirliyindəki mənbəyə istinadən "Lotu Quli”nin azadlığa buraxıldığı və hazırda Gürcüstanda olduğu barədə xəbər yayıb.
Qeyd edək ki, "Lotu Quli” 20 ildən artıq həbsxanada cəza çəkib. Məhbəsdə olarkən N.Səlifov uzun illər Gürcüstana ekstradisiya edilməsinə nail olmağa çalışıb.