Polkovnik Hafiz Ağayev sağdır - Ermənistanın növbəti yalanı ifşa olundu

Ermənistanın daha bir yalanı ifşa olunub.

Belə ki, ermənilərin Azərbaycan ordusunun polkovniki Hafiz Ağayevin həlak olması barədə məlumatı saxta çıxıb.

Müdafiə Nazirliyiindən Trend-in sorğusuna cavab olaraq bildiriblər ki, Hafiz Ağayev sağdır, hazırda xidmətini davam etdirir.

Qeyd edək ki, Ermənilər tərəfində Hafiz Ağayevin olduğu maşınıın dörd gün əvvəl minaya düşdüyü xəbəri yayılmışdı.