Qarabağda atəşkəsə əməl olunur - Rusiya MN

Dağlıq Qarabağda bütün təmas xəttində atəşkəsə əməl olunur.

Azvision.azxəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin sözçüsü general-mayor İqor Konaşenkov deyib.

"Dağlıq Qarabağ ərazisində Rusiya sülhməramlı qüvvələri kontingenti tapşırıqları yerinə yetirməyə davam edir. Şimal və cənub zonalarında Rusiya sülhməramlıları tərəfindən atəşkəsə riayət olunmasına nəzarət 23 müşahidə məntəqəsində həyata keçirilir. Atəşkəs bütün təmas xəttində müşahidə olunur".