Türkiyənin Suriyanın şimalında həyata keçirdiyi "Barış pınarı” antiterror əməliyyatı uğurla davam edir. Son məlumatlara görə, əməliyyat nəticəsində indiyədək 415 terrorçu zərərsizləşdirilib.
Oktyabrın 9-dan başlayan əməliyyat zamanı Türkiyə Silahlı Qüvvələrinin 4 hərbçisi şəhid olub. Şəhidlər Ahmet Topçu, Yunus Mermer, Abdulhamit Bilgen və Hacı Bebekdir.
Qeyd edək ki, hərbi qulluqçu Abdulhamit Bilgen ötən gün doğum günündə şəhidlik zirvəsinə ucalıb.(azvision.az)