Üç gün ərzində Ermənistana neçə rusiyalı sülhməramlı gəlib? - VİDEO

Son sutka ərzində Rusiyadan İl-76 təyyarəsi ilə Ermənistana 376 sülhməramlı və 53 texnika gətirilib.

REN TV xəbər verir ki, bununla bağlı Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, sülhməramlı əməliyyatının başlandığı gündən Ermənistana 56 təyyarə reysi ilə 817 hərbçi, 119 hərbi və avtomobil texnikası, səkkiz helikopter gətirilib.