Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Suriyada Bəşər Əsədə qarşı döyüşməkdə ittiham olunan Azərbaycan vətəndaşları – Rufan Ağcabəyov və Marfin Vladimirin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Virtualaz.org saytı xəbər verir ki, prosesə hakim Əlövsət Abbasov sədrlik edib.
Prosesdə təqsirləndirilən Vladimrin vəkili Ruhit Əkbərov vəsatət qaldıraraq bildirib ki, Əkbər Əliyev adlı şəxsin əlavə şahid qismində dindirilməsini istəyir. Vəkil müdafiə etdiyi şəxsin həbs olnarkən tərcüməçi və vəkillə təmin olunmadığını, istintaq zamanı kobud qanun pozuntularına yol verildiyini məhkəmənin diqqətinə çatdırıb.
Təqsirləndirilən şəxs bildirib ki, əvvəllər Milli Orduda zabir kimi xidmət dib, məhkum olub, məhkumluğunu başa vurub.
İstintaq zamanı ona təziqlər olduğunu, MTN-də ona işğəncələr verildiyini deyib. O bəzi sənədlərin tərcümə olunaraq ona verilməsini məhkəmədən xahiş edib.
Qeyd edək ki, Rufan Ağcabəyov və Martin Vladimir Milli Təhlükəsizlik Nazirliyi tərəfindən keçirilmiş anti-terror tədbirləri nəticəsində həbs ediliblər. Onlar Cinayət Məcəlləsinin 12.1, 279.1-ci və 283-1.3-cü maddələri ilə təqsirli bilinirlər.sabahinfo.az