“ MİLLİ NAXIŞ, MİLLİ BAXIŞ...”

3 oktyabr 2016-cı il saat 12:00-dan etibarən Azərbaycan mediasında yeni Radio və Televiziya özünün ilk efir yayımına start verəcək. Qeyd edək ki, " Butafm Radio və Televiziya ” Məhdud Məsuliyyətli Cəmiyyəti 12 may 2016-cı il tarixdən etibarən fəaliyyətə başlayıb. " MİLLİ NAXIŞ, MİLLİ BAXIŞ...” devizi ilə fəaliyyət göstərən radio və televiziyanın yaradılmasında məqsəd ən gözəl milli və xarici musiqilərlə zövqləri oxşamaq, bir-birindən maraqlı, maarifləndirici verilişlər, layihələr ilə sizlərin görüşünə gəlməkdir. Bunlarla bərabər, Azərbaycanda və dünyada gün ərzində baş verən siyasi, sosial, iqtisadi, mədəniyyət, şou-biznes, idman aləmində yaşananlar barəsində ən mühüm, son xəbərləri, o cümlədən hava haqqında məlumatı əldə edəcəksiniz.

" Butafm Radio və Televiziya ” MMC-nin redaksiya heyəti:

DİREKTOR: Əlizadə Azər İsabala oğlu.

İCRAÇI DİREKTOR: Bayramov Teymur Rzaqulu oğlu.

TEXNİKİ DİREKTOR: Abbasov Abbas Zeynəlabdin oğlu.

BAŞ REDAKTOR: Mahmudzadə Şəhanə Müşfiq qızıdır.