Azərbaycanın Daxili İşlər Nazirliyində dəyişiklikolub.
Bu barədə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, Bakı Şəhər Baş Polis İdarəsininNarkotiklərlə Mübarizə İdarəsi və Daxili Təhqiqatlar Şöbəsi ləğv edilib.
Ləğv edilən idarə və şöbənin vəzifələri DİN-in müvafiq idarə və baş idarələrinə həvalə olunub.
Həmin qurumların əməkdaşları daDİN-in digər şöbələrində işlə təmin ediliblər.