6 gün sonra tapılan uşaq atasını bağışladı

Yaponiyada valideynləri tərəfindən cəzalandırılan uşaq atasını bağışlayıb.

 

Sabahinfo.az teleqraf.com-a istinadən bildirir ki, valideynləri dəcəllik edən Yamato Tanookanı cəzalandırmaq üçün Hokkaydo adasındakı meşəlikdə qoyublar, amma qayıtdıqda onu tapa bilməyiblər. Valideynləri bildiriblər ki, 7 yaşlı uşaq maşın və adamları daşa basırmış. Valideyinləri əvvəlcə uşağın itdiyini desələr də sonradan onu meşədə buraxdıqlarını etiraf ediblər.

Xilasedicilər bir həftə əvvəl meşədə itən 7 yaşlı oğlanı tapıblar.  Polisin mayın 3-də verdiyi məlumata görə, uşaq sübh vaxtı hərbi bazadan tapılıb.

 

O, müayinə üçün vertolyotla yaxınlıqdakı xəstəxanaya götürülüb.

 

6 gün sonra tapılan uşaq atasını bağışladığını bildirib. Ayılarla zəngin olan meşədə 6 gün ac qalan Yamato Tanooka orada özünə sığınacaq tapıb. Onun axtarışlarına 130 polis cəlb edilmişdi.