ABŞ-ın Rokvil şəhəri yaxınlığında (İndiana ştatı) "Cessna 150” yüngülmotorlu təyyarəsi qəzaya uğrayıb.
APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində təyyarənin göyərtəsində olan 2 nəfər ölüb.
Təyyarə havaya qalxandan qısa müddət sonra yerə düşüb. Hadisənin başvermə səbəbləri hələ ki, məlum deyil.
Polis və ABŞ Federal Aviasiya İdarəsi (FAİ) faktla bağlı araşdırma aparır.