ABŞ-da təyyarə qəzaya uğrayıb, 4 nəfər ölüb

"Report" xarici mətbuata istinadfən xəbər verir ki, hadisə Kaliforniya ştatının Kolumbiya şəhərində baş verib.

Belə ki, kiçik "Cessna 310" təyyarəsi Kolumbiya şəhərində aeroport ərazisində gözlənilmədən yerə düşüb. Qəza nəticəsində 4 nəfər ölüb.

Hadisədən dərhal sonra təyyarədə yanğın baş verib. 

Faktla bağlı ABŞ Nəqliyyatının Milli Təhlükəsizlik İdarəsinin əməkdaşları təhqiqata başlayıb.