Moskvada Amerika səfirliyinin əməkdaşlarına qarşı baş vermiş insidentə cavab olaraq ABŞ iki rusiyalı diplomatı ölkədən qovub.
sabahinfo.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamerntinin nümayəndəsi Con Kirbi məlumat verib.
"Biz iyunun 17-də amerikalı diplomatlara hücuma cavab olaraq iki rusiyalı diplomatı ölkədən çıxarmışıq",- deyə Kirbi bildirib.
Daha öncə "Washington Post" qəzeti Moskvadakı Amerika səfirliyinin əməkdaşlarından birinə qarşı hücum edildiyi barədə xəbər yaymışdı. Buna cavab olaraq Rusiya XİN bildirmişdi ki, səfirliyin əməkdaşı Amerika Mərkəzi Kəşfiyyat İdarəsinin nümayəndəsidir və o özü səfirliyi mühafizə edən rus polisə hücum edib.
Rusiya KİV-lərinin verdiyi xəbərə görə, iki amerikalı məmur həmin diplomatın Mərkəzi Kəşfiyyat İdarəsinin əməkdaşı olduğunu və Rusiya xüsusi xidmət orqanlarının əməkdaşlarının təqibindən yayınmaq üçün səfirlikdə gizlənmək istədiyini bildiriblər.
KİV nümayəndələri sözügedən şəxsin ABŞ səfirliyinin III katibi Daniel van Dayken olduğunu söyləyirlər. Rusiyanın ABŞ-dakı səfirliyi iki əməkdaşının Amerikadan sürgün edilməsi barədə məlumatlara heç bir şərh verməyib