Azərbaycan bu il də "Junior Eurovision - 2016” mahnı müsabiqəsində iştirak etməyəcək.
sabahinfo.Az Qafqazinfo-ya daxil olan məlumata görə, 20 noyabrda baş tutacaq müsabiqəyə 17 ölkə qatılacaq.
Müsabiqəyə ikinci dəfə ev sahibliyi edən Maltada Albaniya, Ermənistan, Avstraliya, Belarus, Bolqarıstan, Kipr, Gürcüstan, İrlandiya, İtaliya, İsrail, Polşa, Hollandiya, Malta, Makedoniya, Rusiya, Serbiya və Ukraynanın 9-14 yaşlı təmsilçiləri çıxış edəcəklər.
Xatırladaq ki, ötən il Bolqarıstanda baş tutan müsabiqədə "Not My Soul” mahnısı ilə Malta təmsilçisi Destini Çukunyere qalib gəlib.
Azərbaycan isə müsabiqədən 2014-cü ildə imtina edib.