Azərbaycan neftdən 100 milyard dollar qazanacaq

Yaxın 15-20 ildə Azərbaycan Respublikası Dövlət Neft Fondu (SOFAZ) neft və qaz satışından təqribən 100 milyard dollar əldə edəcək.

 

sabahinfo.az xəbər verir ki, bu barədə Fondun icraçı direktoru Şahmar Mövsümov Bakıda bank konfransında deyib.

 

O qeyd edib ki, bu günə qədər SOFAZ neft və qaz satışından 120 milyard dollar qazanıb.