Futbol üzrə Avropa çempionatında Türkiyənin növbəti uğursuzluğuna və pley-offa çıxa bilməməyinə çox məyus oldum.
Milli.Az xəbər verir ki, bunu Milli Məclisinin Müdafiə, Təhlükəsizlik və Korrupsiya ilə mübarizə komitəsi sədrinin müavini, Yeni Azərbaycan Partiyası (YAP) İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Aydın Mirzəzadə bildirib.
Lakin millət vəkilinin sözlərinə görə, Tükiyə komandasının heyəti zəif deyildi, sadəcə rəqiblər güclü idi: "Türkiyə heç zaman zəif olmur. Azərbaycan Türkiyəni pley-offsuz da sevir. Həmişə qardaşımızla birlikdəyik. Biz birlikdə güclüyük".
Qeyd edək ki, dünən futbol üzrə Avropa çempionatının qrup mərhələsində Türkiyə millisi dünya və Avropa şempionları İspaniya komandasında 0:3 hesabı ilə məğlub olub.
Xatırladaq ki, Türkiyə yığması bundan daha öncəki Xorvatiya millisi ilə də oyunda məğlub olmuşdu - 0:1.
Türklər qrupda son oyunu Çexiya komandasına qarşı keçirəcəklər.