Azərbaycanlı aktyorun oğlu dünyasını dəyişdi

Dövlət Musiqili Teatrının tanınmış aktyoru Nadir Xasıyevə ağır itki üz verib.

sabahinfo.Az Ölkə.az-a istinadən xəbər verir ki, aktyorun oğlu Tural dünyasını dəyişib.

Bu barədə teatrın aktrisası Gülçöhrə Abdullayeva məlumat verib:

"Səhəri çox üzücü xəbərlə açdıq. Əzizimiz Nadir Xasıyevin oğlu Tural vəfat edib. Deyilənə görə, yaxşı səsi və pianino ifası varmış. Allah heç kimə bala dağı verməsin”.