Qazaxıstanı təmsil edən azərbaycanlı atlet Nicat Rəhimov Rio Olimpiyadasında təkanla qaldırma hərəkətində dünya rekordunu yeniləyərək 1-ci yer tutub.
sabahinfo.az xəbər verir ki, toplamda 379 kq (165 kq + 214 kq) nəticə göstərən idmançı təkanla qaldırma hərəkətində dünya rekordu vurub.
İkinci yeri çinli Lyuy Syaozsunu (379 kq - 177+202) və üçüncü yeri isə Misir atleti Məhəmməd Mahmudu (361 kq - 165+196) tutub.
N.Rəhimov təkanla qaldırma hərəkətində rusiyalı Oleq Perepeçenovun 2001-ci ildə vurduğu rekordu yeniləyib. Nicat Rəhimov 2014-cü ildən etibarən Qazaxıstan yığmasında çıxış edir.