Belarusdan Rusiyaya Krım zərbəsi

Belarusda Krımın Rusiya ərazisi kimi göstərildiyini əks etdirən qlobusların satışına qadağa qoyulub.

 

sabahinfo.az xəbər verir ki, bir müddət öncə ölkənin Mogilyov şəhərində satışa çıxarılan qlobuslar artıq yoxa çıxıb.

 

Yerli mətbuatın yazdığına görə, məhsullar şəhərin Ticarət İdarəsinin "Krım beynəlxalq aləmdə Ukraynanın ərazisi kimi tanınır” sözlərindən sonra mağazalardan yığışdırılıb.

 

Qlobusu hazırlayan Polşa firmasının rəhbəri Kşiştof Qlovala isə məhsulun Rusiya bazarları üçün hazırlandığını bildirib.

 

Qeyd edək ki, Rusiya Krımı 2014-cü ilin martında ilhaq edib.