XXXI Yay Olimpiya Oyunlarına qatılan Azərbaycan boksçusu Rüfət Hüseynov ilk görüşdə məğlub olub. sabahinfo.az saytı xəbər verir ki, Rüfət Hüseynov 1/16 finalda namibiyalı Matias Hamunyelaya qalib gələ bilməyib. Belə ki, ilk raundda Azərbaycan boksçusu üstün olsa da, sonrakı iki raunddakı üstünlük Namibiya təmsilçisini qalib edib.
Qeyd edək ki, boksçumuz 49 kiloqram çəki dərəcəsində mübarizə aparırdı.