Bu gün “Avro-2016”-nın final matçı oynanılacaq

Qarşılaşmanı ingiltərəli hakimlər briqadası idarə edəcək.

Bu gün futbol üzrə Avropa çempionatının final matçı oynanılacaq. 

sabahinfo.az xəbər verir ki, Paris ətrafında yerləşən Sen-Deni şəhərinin "Stad de Frans” arenasında Portuqaliya və Fransa milliləri üz-üzə gələcək.

Oyunu başda Mark Klattenburq olmaqla ingiltərəli hakimlər briqadası idarə edəcək.

Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.