Çilinin "Cambio21” xəbərlər portalının internet səhifəsində tanınmış çilili jurnalistMarkos Borkoskinin "Azərbaycan: Dini birgəyaşayışın oazisi” başlıqlı məqaləsi dərc olunub.
Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən Sabahinfo.az-a bildirilib ki, məqalədə Azərbaycan "İslam, roman katolik, ortodoks katolik və yəhudi dinlərinə etiqad edənlərin qarşılıqlı hörmət şəraitində yaşadığı bir ölkə” kimi qeyd olunub.
Jurnalist planetimizdə günahsız insanların dini müxtəlifliyə görə müharibə girdabına düşdüyü bir zamanda dini ayrıseçkilikdən uzaq, insanların sülh içərisində birgəyaşayışının var olduğu və real olduğu bir ölkə tanıdığını və buranın Azərbaycan olduğunu vurğulayır.
O, yazısında qeyd edir:
"Bəli, bu mümkündür. Onlar bir-biriilə sülh və harmoniya içərısində yaşamağı bacarırlar.
Azərbaycan müsəlman ölkəsidir, amma burada roman katolik, ortodoks katolik və yəhudi dinlərinə etiqad edənlər sülh, harmoniya və qarşılıqlı hörmət şəraitində yaşayırlar. Bugünkü gün bu barədə yazmaq xəyal, təxəyyül və ya inanılası çətin hekayə kimi səslənə bilər. Amma bu bir həqiqətdir, reallıqdır.
Azərbaycanda müxtəlif dinlər arasında birgəyaşayışın olması həqiqətdir. Ora elə bir ölkədir ki, orada həm məscidlər, həm ortodoks və roman katolik kilsələr,həm də müxtəlif sinaqoqlar mövcuddur.
Azərbaycan digər dini adət-ənənələrin qəbul edilməsinin qədim və şanlı tərixinə malik bir ölkədir. Baxmayaraq ki, əhalinin 90 faizi müsəlmandı, çoxluq təşkil edən sünni və şiələr burada birlikdə yaşayır, eynilə də yəhudilər və digər dini azlıqlar qəbul olunur və hörmət görürlər”.
Məqalə ilə aşağıdakı link vasitəsilə tanış olmaq mümkündür:
http://cambio21.cl/cambio21/site/artic/20160808/pags/20160808172534.html
A.S.