Dollar üçün pis günlər yaxınlaşır

Qarşıdakı bir neçə ay ərzində dollar 5% ucuzlaşacaq. 

sabahinfo.az xəbər verir ki, bu barədə "Morgan Stanley” investisiya bankının baş analitiki Hans Redeker deyib. 

Onun sözlərinə görə, ABŞ iqtisadiyyatının artım tempi getdikcə pisləşəcək, müvafiq olaraq yaxın perspektivdə Federal Ehtiyatlar Sistemi (FED) yaxın zamanda uçot dərəcəsini artırmayacaq.

Qeyd edək ki, Azərbaycanda avqustun 1-nə USD/AZN rəsmi məzənnəsi 1,5851 səviyyəsində müəyyən olunub.