Azərbaycan Respublikasının Dövlət Dəniz
Administrasiyasında "Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün
Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası
Prezidentinin 27 aprel 2016-cı il tarixli 1993 nömrəli Sərəncamından irəli
gələn tapşırıqların yerinə yetirilməsi və Dövlət Dəniz Administrasiyasında
işləyən əməkdaşlarla "Dövlət qulluqçularının etik davranış qaydaları haqqında”
Azərbaycan Respublikası Qanunu ilə müəyyən olunan "Maraqların toqquşmasının
qarşısının alınması” sahəsində maarifləndirmə işlərinin aparılması məqsədilə
"Maraqların toqquşması və onun həlli” mövzusunda tədbir keçirilib.
sabahinfo.az-a verilən məlumata görə Administrasiyanın rəhbərliyi və Mərkəzi Aparatda çalışan əməkdaşların iştirakı ilə keçirilən tədbirdə "Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanununda göstərilən vicdanlı və mədəni davranış, loyallıq, insanların hüquq, azadlıq və qanuni maraqlarına, şərəf və ləyaqətinə hörmət, korrupsiyanın və maraqların toqquşmasının qarşısının alınması, qərəzsizlik və digər etik davranış qaydaları və bu prinsiplərə əməl olunması üzrə məsələlərin önəmindən bəhs edilib.
Vətəndaşlarla nəzakətli, səbirli və məsuliyyətli
davranılmasına riayət edilməsinin zəruriliyi vurğulanaraq, maraqların
toqquşmasının mahiyyəti və səbəbləri, onların həlli, maraqlar toqquşmasının
qarşısının alınması üsulları barədə iştirakçılara məlumat verilib.
Aparılan müzakirlərdə iştirakçıların
sualları cavablandırılaraq, maraqların toqquşması prosesində yaranan
münasibətlərin tənzimlənməsinə dair mövcud qanunvericilik və beynəlxalq təcrübə
barədə məlumat verilib.
Tədbirdə xüsusi olaraq vurğulanıb ki, qanunvericiliklə
müəyyən edilən etik normalara əsasən Dövlət
qulluqçularının "Maraqların toqquşmasının qarsının alınması” üzrə
maarifləndirmə işinin davam etdirilməsi üçün gələcəkdə də mütəmadi olaraq təlim
kursları və treninqlər təşkil edilərək müvafiq hesabatların ictimaiyyətə
açıqlanması təmin ediləcək.