Əfqanıstan parlamentinin deputatı partladıldı

Bu gün Əfqanıstan parlamentinin deputatı Şir Vəli Vardak paytaxt Kabildə evinin qarşısında törədilən partlayış nəticəsində həlak olub.
 
Sabahinfo.az  APA-ya istinadən xəbər verir ki, partlayış nəticəsində 11 nəfər də xəsarət alıb.
 
Ş. V. Bardak Əfqanıstan təhsil naziri Faruk Vardakın qardaşıdır. Partlayışa görə hələ ki, heç bir qruplaşma məsuliyyəti öz üzərinə götürməyib. Polis araşdırma aparır