Elza Seyidcahan nənə oldu

Əməkdar artist, bəstəkar-müğənni Elza Seyidcahan bu gün nənə olub.

Sabahinfo.az-ın Gununsesi.info-ya istinadən məlumatına görə, bəstəkar-müğənninin qızı Gülşən Əhmədova anasını qız nəvəsiylə nənə edib.

"Nəvəmin adına nənəm, övliya qızı Səmərruxun adını verdik. Adıyla böyüsün. Baxtı-taxtlı olsun”- deyə, əməkdar artist, bildirib.

Qeyd edək ki, Elza Seyidcahanın qızı Gülşənin toyu 2015-ci ilin avqustunda olub.