Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADİF) Maliyyə Bazarlarına Nəzarət Palatasının lisenziyasını ləğv etdiyi 4 kommersiya bankının qorunan əmanətçilərinə kompensasiya ödənişini davam etdirir.
sabahinfo.az ADİF-ə istinadən xəbər verir ki, "Parabank”ın əmanətçilərinə 8,1 milyon manat, "Zaminbank”ın əmanətçilərinə 9,1 milyon manat, "Kredobank”ın əmanətçilərinə 2,2 milyon manat, "Dekabank”ın əmanətçilərinə isə 1,4 milyon manat kompensasiya ödənilib.
Ümumilikdə, 4 bank üzrə 20,8 milyon manat ödəniş edilib. Bu, ödənilməli olan məbləğin təxminən 19%-ni təşkil edir.
Kompensasiya almaq üçün "Dekabank”, "Kredobank” və "Zaminbank”ın əmanətçiləri bankların baş ofisinə, "Parabank”ın əmanətçiləri isə müqavilə bağladıqları filiala müraciət etməlidirlər.
Qeyd edək ki, avqustun 5-də əmanətçilərə 15 milyon 406 min 455 manatdan artıq kompensasiya verilmişdi.