Yerevanda mayın 25-dən 26-na keçən gecə özünü yandıran 70 yaşlı Hamlet Melikyan xəstəxanada ölüb.
sabahinfo.az modern.az-a istinadən bildirir ki, bədəninin yuxarı hissəsinin 95 faizi yandığından, eləcə də nəfəs yolları ciddi zərər gördüyündən onun həyatını xilas etmək mümkün olmayıb.
Hadisə mayın 26-da saat 00:43-də Yerevanın Başindjaqyan küçəsində baş verib. Özünə od vuran kişini xiasedicilər söndürüblər.