Ermənistanda məhbus intihar edib

Ermənistanda mühakimə olunanlar üçün nəzərdə tutulan xəstəxananın vanna otağında məhbus özünü asıb. sabahinfo.az  Ermənistan mediasına istinadən bildirir ki, səhhətində problem yarandığı üçün 34 yaşlı məhbus müalicəyə göndərilmişdi.

 

 

Adı açıqlanmayan həmin şəxsin əvvəllər də bir neçə dəfə məhkumluq həyatı yaşadığı bildirilir. O, sonuncu dəfə külli miqdarda qanunsuz narkotik və psixotrop  vasitə dövriyyəsinə görə tutulb.