Bu il Ermənistan əhalisi keçən ilki göstəricilərlə müqayisədə 12900 nəfər azalıb. Bu məlumatı ölkənin Milli Statistika Komitəsi yayıb.
Musavat.com-un erməni saytlarına istinadən verdiyi xəbərə görə erməni demoqrafı RubenYegenyan erməni KİV- lərinə verdiyi şərhdə bildirib ki, Ermənistanda emiqrasiya nəinki dayanıb, əksinə daha da artmaqda davam edib. Səbəb kimi o, iş yerlərinin olmaması, aşağı əmək haqqı və ağır sosial şəraiti göstərib.